“Abşeron bələdiyyələri arasında əhalisinin sayına və ərazisinin həcminə görə Göradil ən kiçiyi hesab olunur”- bu fikri Belediyye.infoya açıqlamasında Abşeron rayonu Göradil bələdiyyəsinin sədri ilqar Məmmədov bildirib.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi müddət ərzində bələdiyyənin büdcə gəlirlərinin artması istiqamətində ciddi addımlar atılmışdır. ilk olaraq bələdiyyənin əvvəliki illərdən yığılıb qalmış DSMF-yə səkkiz min manata yaxın olan borcu silinmişdir. Bununla yanaşı əvvəlki illərdən fərqli olaraq ötən ildən başlayaraq ərazidə olan aztəminatlı ailələr siyahıya alınmış və mütəmadi olaraq onlara ərzaq yardımı göndərilmişdir və bugün göndərilməkdədir.
Fəaliyyətimizin ilk vaxtlarından etibarən apardığımız təhlillər göstərdi ki, bələdiyyənin ötən illərdəki fəaliyyəti ürəkaçan olmayıb. Hətta inzibati binanın inşasında da bir çox məqamlar nəzərə alınmayıb. Məhz bu fəaliyyətsizliyin nəticəsi idi ki, bələdiyyənin kifayət qədər borcu yaranmışdı.
Bu gün bələdiyyədə çalışan altı bələdiyyə qulluqçusunun əməkhaqqı vaxtlı-vaxtında verilir. Artıq vergi xidməti tam şəkildə elektronlaşdırlıb. Bu gün minə yaxın vergi ödəyicisi artıq uçota alınmışdır. Ancaq vergi ödəyicilərindən olan 90 min manat börcumuzu almaqda çətinlik çəkirik. iirihəcmli borclar barəsində qanunvericilik qaydasında bələdiyyə iclasının qərarıyla icra şöbəsinə göndəririk.
Maliyyə gəlirlərinə toxunan sədr bildirib ki, otən il illik büdcə gəlirimiz 40 min manatı keçib. Halbuki əvvəlki illərdə bu rəqəm 20 min manata çatmırdı.
Doqquz nəfərlik üzvümüzlə bələdiyyəmizin qəsəbədəki fəaliyyətini, habelə nufuzunun artması üçün ciddi addımlar atılır, bütün fəaliyyət konkret proqram əsasında təşkil edilib. Hətta bələdiyyə qulluqçularının əmək şəraitin yaxşılaşdırılması üçün bələdiyyənin inzibati binasında istilik sistemi də quraşdırılıb.
Büdcə gəlirləmiz artdıqca daha ciddi layihələri həyata keçirmək niyyətindəyik.
Qəbrstanlığın balansa keçirməyimizdə ləngimələr olsada, addımlar atılıb. əlavə torpaq fondumuz olmadığından bizə müraciət edən vətəndaşlara həyətyanı sahə ayıra bilmirik. əlavə edək ki, qəsəbənin ərazisi 500 hektara çatmır.
Belediyye.info